AZ

Cənubi Koreya Şimali Koreyanın Yonhap ticarət gəmisinə xəbərdarlıq atəşi açdı

Şimali Koreya ticarət gəmisinin Seulun özünün faktiki dəniz sərhədi hesab etdiyi Sarı Dənizdə Şimal Limit Xəttini (NLL) pozduğu bildirildikdən sonra Cənubi Koreya xəbərdarlıq atəşi açıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yonhap  xəbər agentliyi məlumat yayıb.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) məlumatına görə, Şimali Koreya gəmisi Cənubi Koreyanın Baengnyeong adası yaxınlığında NLL-i pozub. Cənubi Koreya hərbçiləri xəbərdarlıq atəşi açaraq gəmini ərazini tərk etməyə məcbur ediblər.

Seçilən
93
operativmm.az

1Mənbələr