ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt Peterburq - Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.