AZ

Gəncə aeroportunda ƏMƏLİYYAT: Rusiyadan gələn sərnişindən görün nələr tapıldı...

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Musavat.com Komitəyə istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt- Peterburq - Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
13
8
musavat.com

10Mənbələr