RU

Kəlbəcər, Laçın, Ağdərə və Xocalı yeni milli parkın ilkin xəritəsi hazırlandı

Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə yaradılması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb.

Modern.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

O qeyd edib ki, məsələ ilə bağlı işlər Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırılıb:

"Hazırda bu istiqamətdə zəruri sənədləşdirmə işləri davam etdirilir. Artıq Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə xəritə-sxem üzərində bəzi məqamlar razılaşdırılıb".

Избранный
16
8
modern.az

10Источники