AZ

Kəlbəcər, Laçın, Ağdərə və Xocalını əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanıb - Vüqar Kərimov

Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə yaradılması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

O qeyd edib ki, məsələ ilə bağlı işlər Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırılıb:

"Hazırda bu istiqamətdə zəruri sənədləşdirmə işləri davam etdirilir. Artıq Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə xəritə-sxem üzərində bəzi məqamlar razılaşdırılıb".

Seçilən
5
8
day.az

10Mənbələr