RU

FİFA 64 komandalı dünya çempionatı planlayır

style='margin-bottom:10px;'>

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA ) dünya çempionatları ilə bağlı yeni plan üzərində işləyir.

QOL.az xəbər verir ki, bu barədə "Ole" məlumat yayıb.

Dünyanın ali futbol qurumu DÇ-2030-un final mərhələsində 64 komandanın iştirak etməsini istəyir.

Qeyd olunub ki, təşkilat Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) dünya çempionatında rekord komada sayı təklifini dəstəkləyəcək. Bu halda turnir hər biri 4 komandadan ibarət 16 qrupla keçiriləcək. Qruplarda ilk iki yeri tutan kollektivlər birbaşa pley-offa yüksələcəklər.

Oyunların İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçiriləcəyi bildirilir. 

Qeyd edək ki, DÇ-2026-da da komanda sayı baxımından rekord nəticə qeydə alınacaq. Belə ki, tarixdə ilk dəfə mundialda 48 komanda iştirak edəcək. Bunadək dünya çempionatlarında 32 milli mübarizə aparırdı. 

Избранный
28
1
teleqraf.com

5Источники