AZ

FİFA çempionatla bağlı yeni təklifi dəstəkləyəcək

FİFA

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA ) dünya çempionatları ilə bağlı yeni plan üzərində işləyir.

Reyting.az
xəbər verir ki, bu barədə "Ole" məlumat yayıb.

Dünyanın ali futbol qurumu DÇ-2030-un final mərhələsində 64 komandanın iştirak etməsini istəyir.

Qeyd olunub ki, təşkilat Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) dünya çempionatında rekord komada sayı təklifini dəstəkləyəcək. Bu halda turnir hər biri 4 komandadan ibarət 16 qrupla keçiriləcək. Qruplarda ilk iki yeri tutan kollektivlər birbaşa pley-offa yüksələcəklər.

Oyunların İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçiriləcəyi bildirilir.

Qeyd edək ki, DÇ-2026-da da komanda sayı baxımından rekord nəticə qeydə alınacaq. Belə ki, tarixdə ilk dəfə mundialda 48 komanda iştirak edəcək. Bunadək dünya çempionatlarında 32 milli mübarizə aparırdı.(QOL.az)
Seçilən
24
3
reyting.az

5Mənbələr