“ABŞ Prezidenti Donald Tramp Rusiya ilə müharibəni dayandıra bilsə, Ukrayna onu Nobel Sülh Mükafatına namizəd göstərməyə hazırdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski DW-nin sualına cavabında deyib.
"Trampın bu müharibəni bitirmək şansı var və o, bunu başa vursa, mən tam əminəm ki, bütün ukraynalılar bunu məmnuniyyətlə edəcək", - Ukrayna Prezidenti Trampla danışdıqdan sonra deyib.
Trampın özü isə “Kiyev sizin namizədliyinizi irəli sürə bilərmi?” sualına “Niyə də olmasın?” cavabını verib.