AZ

Şərt açıqland: Tramp Nobelə o zaman namizəd göstəriləcək ki...

“ABŞ Prezidenti Donald Tramp Rusiya ilə müharibəni dayandıra bilsə, Ukrayna onu Nobel Sülh Mükafatına namizəd göstərməyə hazırdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski DW-nin sualına cavabında deyib.

"Trampın bu müharibəni bitirmək şansı var və o, bunu başa vursa, mən tam əminəm ki, bütün ukraynalılar bunu məmnuniyyətlə edəcək", - Ukrayna Prezidenti Trampla danışdıqdan sonra deyib.

Trampın özü isə “Kiyev sizin namizədliyinizi irəli sürə bilərmi?” sualına “Niyə də olmasın?” cavabını verib.

Seçilən
12
cebheinfo.az

1Mənbələr