Bakı. Trend:
Bu gün səhər saatlarında İranın mərkəzində yerləşən İsfahanvilayətində sərnişin avtobusu aşıb.
Trend-inməlumatına görə, bunu İranın İsfahan vilayəti Təcili YardımMərkəzinin sözçüsü Abbas Abedi yerli mediaya açıqlamasındadeyib.
Onun sözlərinə görə, Nain-Ərdestan magistral yolunda Həmədanvilayəti istiqamətində hərəkət edən sərnişin avtobusunun 3sərnişini ölüb, 25 nəfər isə yaralanıb.
Abdei bildirib ki, hadisə yerinə 6 təcili yardım maşını cəlbolunub, yaralılar tibb mərkəzlərinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.