Bu gün səhər saatlarında İranın mərkəzində yerləşən İsfahan vilayətində sərnişin avtobusu aşıb.
Bunu İranın İsfahan vilayəti Təcili Yardım Mərkəzinin sözçüsü Abbas Abedi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Nain-Ərdestan magistral yolunda Həmədan vilayəti istiqamətində hərəkət edən sərnişin avtobusunun 3 sərnişini ölüb, 25 nəfər isə yaralanıb.
Abdei bildirib ki, hadisə yerinə 6 təcili yardım maşını cəlb olunub, yaralılar tibb mərkəzlərinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.