Bakıda 23 yaşlı oğlan qəfil vəfat edib.
Moderator.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Nihad Camal oğlu Seidəliyev sentyabrın 23-də axşam saat 20 radələrində küçədə olarkən qəfil özünü pis hiss edib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
İlkin ehtimala görə, N.Seidəliyev ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.