AZ

Bakıda 23 yaşlı oğlan qəfil öldü

Ajans.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Nihad Camal oğlu Seyidəliyev sentyabrın 23-də axşam saat 20 radələrində küçədə olarkən qəfil özünü pis hiss edib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. İlkin ehtimala görə, N.Seyidəliyev ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
8
6
Ajans.az

8Mənbələr