AZ

Bakıda 23 yaşlı oğlan qəfil öldü

Bakıda 23 yaşlı oğlan qəfil vəfat edib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Nihad Camal oğlu Seyidəliyev sentyabrın 23-də axşam saat 20 radələrində küçədə olarkən qəfil özünü pis hiss edib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İlkin ehtimala görə, N.Seyidəliyev ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
8
6
axar.az

8Mənbələr