RU

Azərbaycan və Ermənistan arasında sazişin imzalanması Orta Dəhlizin əhəmiyyətinin artmasına müsbət təsir göstərib – Tokayev

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sazişin imzalanması Orta Dəhlizin artan əhəmiyyətinə müsbət təsir göstərib.

Olaylar xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Nyu-Yorkda "Cerberus Capital Management"in baş direktoru Frank Bruno ilə görüşündə deyib.

Prezident Tokayev vurğulayıb ki, son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TCITR) kimi tanınan Orta Dəhliz üzrə yükdaşımalar altı dəfə artıb.

Dövlət başçısı həmçinin "Cerberus Capital Management"in investisiyaların idarə edilməsində qlobal liderliyini yüksək qiymətləndirib, şirkətin TCITR-in inkişafı çərçivəsində infrastruktur layihələrinin maliyyələşdirilməsinə marağını alqışlayıb.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Vaşinqtonda görüşü ilə bağlı Birgə Bəyannamə imzalayıblar.

Bundan başqa, Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşdə "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası xarici işlər naziri arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş" layihəsini paraflayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
13
2
olaylar.az

3Источники