AZ

Azərbaycan və Ermənistan arasında sazişin imzalanması Orta Dəhlizin əhəmiyyətinin artmasına müsbət təsir göstərib – Tokayev

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sazişinimzalanması Orta Dəhlizin artan əhəmiyyətinə müsbət təsirgöstərib.

Trend xəbərverir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart TokayevNyu-Yorkda "Cerberus Capital Management"in baş direktoru FrankBruno ilə görüşündə deyib.

Prezident Tokayev vurğulayıb ki, son beş ildə TransxəzərBeynəlxalq Nəqliyyat Marşrutu (TCITR) kimi tanınan Orta Dəhliz üzrəyükdaşımalar altı dəfə artıb.

Dövlət başçısı həmçinin “Cerberus Capital Management”ininvestisiyaların idarə edilməsində qlobal liderliyini yüksəkqiymətləndirib, şirkətin TCITR-in inkişafı çərçivəsindəinfrastruktur layihələrinin maliyyələşdirilməsinə marağınıalqışlayıb.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və ErmənistanRespublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti vəErmənistan Baş nazirinin Vaşinqtonda görüşü ilə bağlı BirgəBəyannamə imzalayıblar.

Bundan başqa, Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampvə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, AzərbaycanRespublikasının xarici işlər naziri Ceyhun Bayramov və ErmənistanRespublikasının xarici işlər naziri Ararat Mirzoyan arasındakeçirilən görüşdə “Azərbaycan Respublikası ilə ErmənistanRespublikası xarici işlər naziri arasında sülh və dövlətlərarasımünasibətlərin yaradılması haqqında Saziş” layihəsiniparaflayıblar.

Seçilən
4
2
az.trend.az

3Mənbələr