RU

Türkiyədə GÜCLÜ partlayış - Ölən və yaralılar var

Antalyanın Demre rayonunda yerləşən meyvə-tərəvəz topdansatış bazarında güclü partlayış baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, partlayış saat 15:00 radələrində qeydə alınıb.

Əraziyə polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Partlayış iş yerlərinə və ərazidəki avtomobillərə ciddi ziyan vurub. Hazırda səbəbin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
2
olaylar.az

10Источники