AZ

Türkiyədə partlayış – Yaralılar var

Antalyanın Demre rayonunda yerləşən tərəvəz və meyvə topdansatış bazarında güclü partlayış baş verib. Hadisə nəticəsində ilkin məlumata görə dörd nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, partlayış saat 15:00 radələrində qeydə alınıb. Əraziyə polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Partlayış iş yerlərinə və ərazidəki avtomobillərə ciddi ziyan vurub. Hazırda səbəbin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
1
2
musavat.com

10Mənbələr