RU

Azərbaycandan Xorvatiyaya yanvar avqust aylarında neft tədarükünün həcmi ilə bağlı məlumatlar açıqlanıb

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Xorvatiyaya 497,4 milyon ABŞ dolları dəyərində və 919,9 min ton həcmində xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub.

Bu barədə 525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 129,6 milyon ABŞ dolları və ya 20,7 faiz , həcm baxımından isə 85,2 min ton və ya 8,5 faiz azalıb

Ötən ilin ilk altı ayında Azərbaycandan Xorvatiyaya 627 milyon ABŞ dolları dəyərində 1,005 milyon ton neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8 milyard 396 milyon ABŞ dolları dəyərində və 15 milyon 925 min ton həcmində xam neft və neft məhsulları ixrac edilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyard 912 milyon ABŞ dolları və ya 18,5 faiz az, həcminə görə isə 551 min 50 ton və ya 3,3 faiz azdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
3
525.az

6Источники