1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə Premyer Liqasının 5-ci turunda "Arsenal" - "Mançester Siti" matçına yekun vurulub.
Oxu.Az xəbər verir ki, oyun Londondakı "Emireyts" stadionunda baş tutub.
Komandalar 1:1 hesablı heç-heçə ediblər.
Doqquzuncu dəqiqədə Erlinq Holand hesabı açıb və "Siti"ni önə keçirib. 90+3-cü dəqiqədə Qabriel Martinelli bərabərlik qolunu vurub.
Bu oyundan sonra "Mançester Siti" 7 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu, "Arsenal" isə 10 xalla ikinci pillədə qərarlaşıb.
Növbəti turda "şəhərlilər" sentyabrın 27-də "Börnli"ni qəbul edəcək, "topçular" isə sentyabrın 28-də səfərdə "Nyukasl Yunayted"lə qarşılaşacaqlar.