RU

Əməkdar müəllim dünyasını dəyişdi

Hacıqabul rayon Rəncbər kənd tam orta məktəbində uzun illər direktor vəzifəsində işləmiş  Əlisultan İbrahimov vəfat edib.

"Unikal" xəbər verir ki, Əlisultan İbrahimov 1957-ci il 20 avqust tarixində Rəncbər kəndində anadan olub. 1964-74-cü illərdə Rəncbər kənd tam orta məktəbində təhsil alıb. 1974-ildə APU-un Riyaziyyat fakültəsində “Riyaziyyat müəllimi” ixtisası üzrə təhsil alıb. 

O, 1974-cü ildən Talış kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışmağa başlayıb.

Daha sonra Rəncbər kənd tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışmağa başlayan Əlisultan İbrahimov 1994-2022-ci illərdə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib. 

2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Xəlil Əliyev

Избранный
16
15
unikal.az

10Источники