AZ

Azərbaycanda Əməkdar müəllim vəfat etdi

Hacıqabul rayon Rəncbər kənd tam orta məktəbində uzun illər direktor vəzifəsində işləmiş Əlisultan İbrahimov vəfat edib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, Əlisultan İbrahimov 1957-ci il 20 avqust tarixində Rəncbər kəndində anadan olub.

1964-74-cü illərdə Rəncbər kənd tam orta məktəbində təhsil alıb. 1974-cü ildə APU-un Riyaziyyat fakültəsində “Riyaziyyat müəllimi” ixtisası üzrə təhsil alıb.

Daha sonra Rəncbər kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışmağa başlayan Əlisultan İbrahimov 1994-2022-ci illərdə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Seçilən
13
14
konkret.az

10Mənbələr