RU

Bakıda üçüncü olan Formula 1 pilotu: Bu nəticə bizi qane edir  

Podiuma çıxmaq əsas hədəfimiz idi. Ona görə nəticə bizi qane edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında üçüncü olan “Uilliams” komandasının üzvü Karlos Saynz deyib.

İspaniyalı sürücü rəqiblərlə mübarizənin çox gərgin keçdiyini bildirib: “Bu gün yarış çox çətin keçdi. Hər döngədə diqqəti tam toplamalı idik. Üçüncü yer mənim üçün yaxşı nəticədir. Strategiyamız düzgün seçilmişdi, bu da nəticəyə birbaşa təsir etdi”.

 

Избранный
14
2
azerbaijan-news.az

3Источники