Bakı, 21 sentyabr, AZƏRTAC
Podiuma çıxmaq əsas hədəfimiz idi. Ona görə nəticə bizi qane edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında üçüncü olan “Uilliams” komandasının üzvü Karlos Saynz deyib.
İspaniyalı sürücü rəqiblərlə mübarizənin çox gərgin keçdiyini bildirib: “Bu gün yarış çox çətin keçdi. Hər döngədə diqqəti tam toplamalı idik. Üçüncü yer mənim üçün yaxşı nəticədir. Strategiyamız düzgün seçilmişdi, bu da nəticəyə birbaşa təsir etdi”.