RU

ABŞ-dan Azərbaycana pul köçürmələri 64 faiz artıb

Bu ilin birinci yarımilində Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 39,983 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,749 milyon ABŞ dolları və ya 41,6% çoxdur.

Məlumata görə hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində ABŞ-nin payı 16,8% təşkil edib. Bununla da sözügedən ölkə Azərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında ikinci yerdə qərarlaşıb.

Həmçinin cari ilin ilk 6 ayında Amerika Birləşmiş Ştatlarından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 52,076 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 19,55 milyon ABŞ dolları və ya 64% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində ABŞ-nin payı 9,8% təşkil edib. Bununla da ABŞ dövr ərzində Azərbaycana ən çox pul daxilolmaları üzrə 3-cü pillədə qərarlaşıb.

2024-cü ilin birinci yarımilində Azərbaycandan ABŞ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 28,234 milyon ABŞ dolları, əks istiqamətdə isə 30,526 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəki göstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6% azdır.

AzPost.az

Избранный
4
6
azpost.info

10Источники