AZ

Azərbaycandan Ukraynaya pul köçürmələri 2,497 milyon dollar olub

2025-ci ilin ilk yarımilində Azərbaycandan Ukraynaya fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin həcmi 2,497 milyon ABŞ dolları təşkil edib.

Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,757 milyon ABŞ dolları və ya 41,3% azalma deməkdir. Hesabat dövründə Azərbaycandan xaricə həyata keçirilən ümumi pul köçürmələrində Ukraynanın payı 1% təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin birinci yarımilində Azərbaycandan Ukraynaya pul köçürmələrinin həcmi 4,254 milyon ABŞ dolları olub.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan digər ölkələrə fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib, ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azalma deməkdir.

Eyni zamanda, xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları olub, ki, bu göstərici ötən ilin birinci yarısına nisbətən 33,847 milyon ABŞ dolları və ya 6% azalma göstərir.

Fuad Mədətov
Finss.az

Seçilən
7
2
fins.az

7Mənbələr