AZ

Səudiyyə Ərəbistanından Azərbaycana pul köçürmələri 35%-dən çox artıb

Bakı. Trend:

Bu ilin birinci yarımilində Səudiyyə Ərəbistanından Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 12,683 milyon ABŞ dollarıtəşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,311 milyon ABŞ dolları vəya 35,3% çoxdur.

Məlumata görə hesabat dövründə xaricdən Azərbaycana ümumi pulköçürmələrində Səudiyyə Ərəbistanının payı 2,4% təşkil edib.Bununla da sözügedən ölkə dövr ərzində Azərbaycana ən çox puldaxilolmaları üzrə 7-ci pillədə qərarlaşıb.

2024-cü ilin birinci yarımilində Səudiyyə ƏrəbistanındanAzərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,372 milyonABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dollarıvə ya 8,2% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəkigöstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6%azdır.

Seçilən
13
6
az.trend.az

10Mənbələr