RU

Lənkəranda məktəbli bacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi açılıb

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. SİA xəbər verir ki, sözü gedən qəza ilə bağlı Lənkəran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün Lənkəran-Lerik magistralında Lənkəran rayonunun Şovu kəndində baş verib. Həmin yol ilə hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və onun qardaşı 2014-cü il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onları xilas etmək mümkün olmayıb.

Hadisəni törədən "Mercedes" markalı nəqliyyat vasitəsi qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
32
13
sia.az

10Источники