AZ

Məktəbli bacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi açılıb

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

"Unikal" xəbər verir ki, sözü gedən qəza ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq  ki, hadisə ötən gün Lənkəran-Lerik magistralında Lənkəran rayonunun Şovu kəndində baş verib. Həmin yol ilə hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və onun qardaşı 2014-cü il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onları xilas etmək mümkün olmayıb.

Seçilən
24
13
unikal.az

10Mənbələr