RU

Pakistanda partlayışlarda hərbçilər və fəhlələr öldü

Pakistanda ayrı-ayrılıqda baş verən iki partlayış nəticəsində 11 nəfər ölüb.

Heftelik.az-ın AFP-yə istinadən verdiyi məlumata görə, partlayışlar ölkənin Bəlucistan vilayətində meydana gəlib.

Hücumlardan birinin məsuliyyətini “Bəlucistan Azadlıq Ordusu” qruplaşması öz üzərinə götürüb. Belə ki, sürücü bombalarla dolu olan maşını Pakistan əsgərlərinin üzərinə sürüb, nəticədə 5 nəfər ölüb.

İkinci partlayış isə 6 fəhlənin ölümü ilə nəticələnib.

Qeyd edək ki, uzun illərdən bəri separatçı qruplaşmalar Pakistana qarşı terror əməliyyatları həyata keçirir və Bəlucistanın Pakistandan ayrılmasını tələb edirlər.

Избранный
25
8
heftelik.az

9Источники