AZ

Pakistanda partlayışlarda 5 i hərbçi olmaqla, 11 nəfər həlak olub

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Pakistanda ayrı-ayrılıqda baş verən iki partlayış nəticəsində 11 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə hökumət rəsmiləri AFP-yə məlumat verib.

Partlayışlar ölkənin Bəlucistan vilayətində meydana gəlib.

Hücumlardan birinin məsuliyyətini “Bəlucistan Azadlıq Ordusu” qruplaşması öz üzərinə götürüb. Belə ki, sürücü bombalarla dolu olan maşını Pakistan əsgərlərinin üzərinə sürüb, nəticədə 5 nəfər ölüb.

İkinci partlayış isə 6 fəhlənin ölümü ilə nəticələnib.

Qeyd edək ki, uzun illərdən bəri separatçı qruplaşmalar Pakistana qarşı terror əməliyyatları həyata keçirir və Bəlucistanın Pakistandan ayrılmasını tələb edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
8
apa.az

9Mənbələr