Pakistanda ayrı-ayrılıqda baş verən iki partlayış nəticəsində 11 nəfər ölüb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə hökumət rəsmiləri AFP-yə məlumat verib.
Partlayışlar ölkənin Bəlucistan vilayətində meydana gəlib.
Hücumlardan birinin məsuliyyətini “Bəlucistan Azadlıq Ordusu” qruplaşması öz üzərinə götürüb. Belə ki, sürücü bombalarla dolu olan maşını Pakistan əsgərlərinin üzərinə sürüb, nəticədə 5 nəfər ölüb.
İkinci partlayış isə 6 fəhlənin ölümü ilə nəticələnib.
Qeyd edək ki, uzun illərdən bəri separatçı qruplaşmalar Pakistana qarşı terror əməliyyatları həyata keçirir və Bəlucistanın Pakistandan ayrılmasını tələb edirlər.
"Cebheinfo.az"