RU

Pakistanda partlayışlarda 5-i hərbçi olmaqla, 11 nəfər həlak olub

Pakistanda

Pakistanda ayrı-ayrılıqda baş verən iki partlayış nəticəsində 11 nəfər ölüb.

Bu barədə hökumət rəsmiləri AFP-yə məlumat verib.

Partlayışlar ölkənin Bəlucistan vilayətində meydana gəlib.

Hücumlardan birinin məsuliyyətini “Bəlucistan Azadlıq Ordusu” qruplaşması öz üzərinə götürüb. Belə ki, sürücü bombalarla dolu olan maşını Pakistan əsgərlərinin üzərinə sürüb, nəticədə 5 nəfər ölüb.

İkinci partlayış isə 6 fəhlənin ölümü ilə nəticələnib.

Qeyd edək ki, uzun illərdən bəri separatçı qruplaşmalar Pakistana qarşı terror əməliyyatları həyata keçirir və Bəlucistanın Pakistandan ayrılmasını tələb edirlər.

Избранный
12
8
xalqcebhesi.az

9Источники