RU

Azərbaycan nümayəndə heyəti Dubayda “PostEurop” təşkilatının rəsmiləri ilə görüşdü FOTO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “PostEurop” təşkilatının (Avropa Poçtu) Baş katibi Botond Szebeni və İdarə Heyətinin sədri Elena Fernandez-Rodriguez ilə görüşüb.Avtosfer.az xəbər verir ki, görüşdə Azərbaycanın ÜPİ-nin Poçt Əməliyyatları Şurası və Administrativ Şuraya namizədliyinə dəstək ifadə olunub, poçt sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin poçt rabitəsi xidmətlərində innovativ yanaşmalar və rəqəmsallaşmanın tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.“PostEurop” təşkilatının rəsmiləri qurumun Baş Assambleyasının gələn il Azərbaycanda keçirilməsini təklif ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
13
avtosfer.az

10Источники