AZ

Azərbaycan nümayəndə heyəti Dubayda “PostEurop” təşkilatının rəsmiləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin ƏsədovÜmumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsindəBirləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “PostEurop”təşkilatının (Avropa Poçtu) Baş katibi Botond Szebeni və İdarəHeyətinin sədri Elena Fernandez-Rodriguez ilə görüşüb.

Trend bubarədə Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə istinadən xəbərverir.

Görüşdə Azərbaycanın ÜPİ-nin Poçt Əməliyyatları Şurası vəAdministrativ Şuraya namizədliyinə dəstək ifadə olunub, poçtsahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçininpoçt rabitəsi xidmətlərində innovativ yanaşmalar vərəqəmsallaşmanın tətbiqi imkanları barədə fikir mübadiləsiaparılıb.

“PostEurop” təşkilatının rəsmiləri qurumun Baş Assambleyasınıngələn il Azərbaycanda keçirilməsini təklif ediblər.

Azərbaycan
Azərbaycan
Seçilən
14
11
az.trend.az

10Mənbələr