RU

"Neftçi", "Şamaxı" və "Sumqayıt" cərimələndi

style='margin-bottom:10px;'>

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 4-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində “İmişli”nin heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 5000 manat cərimə edilib.

Eyni matçda “İmişli”nin heyətində 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Bu görüşün 90+4-cü dəqiqəsində “İmişli”nin heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb, klubu 3000 manat cərimə edilib.

Həmin oyunda “Sumqayıt” azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə "gənclik şəhəri" təmsilçisi 5000 manat cərimələnib.

“Şamaxı” – “Karvan” oyununda “Şamaxı”nın heyətində 4 nəfər sarı vərəqə aldığı üçün klub komandası 700 manat cərimələnib.

“Neftçi” – “Sabah” oyununun 45+2-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atıldığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt təmsilçisi 3000 manat cərimə edillib.

“Neftçi” – “Sabah” oyununda “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə  klub 5000 manat cərimələnib.

Избранный
33
5
teleqraf.com

10Источники