AZ

AFFA “Neftçi”ni cərimələdi

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Yeniavaz.com qurumun rəsmi saytında dərc olunan məlumata istinadla xəbər verir ki, iclasda Misli Premyer Liqasının 4-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Cərimələnənlər arasında “Neftçi”, “Şamaxı” və “Sumqayıt” klubları da var:

““İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində “İmişli”nin heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 5000 manat cərimə edilib.

Eyni matçda “İmişli”nin heyətində 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Bu görüşün 90+4-cü dəqiqəsində “İmişli”nin heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb, klubu 3000 manat cərimə edilib.

Həmin oyunda “Sumqayıt” azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə "gənclik şəhəri" təmsilçisi 5000 manat cərimələnib.

“Şamaxı” – “Karvan” oyununda “Şamaxı”nın heyətində 4 nəfər sarı vərəqə aldığı üçün klub komandası 700 manat cərimələnib.

“Neftçi” – “Sabah” oyununun 45+2-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atıldığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt təmsilçisi 3000 manat cərimə edillib.

“Neftçi” – “Sabah” oyununda “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə  klub 5000 manat cərimələnib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
4
yeniavaz.com

10Mənbələr