RU

Paytaxtda vətəndaşı hədələyərək mobil telefonunu ələ keçirən şəxs saxlanılıb

Nərimanov rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək 3150 manat dəyərində olan mobil telefonunu ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı S.Hüseynli tutulub.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Xəzər rayonunda isə iki nəfər polisə müraciət edərək evlərindən 3000  manat dəyərində şəxsi əşyalarının və kompüterin talanması barədə polisə müraciət ediblər. 
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 V.Quliyev saxlanılıblar.
 
Araşdırmalar davam etdirilir.

Избранный
26
7
operativmedia.az

9Источники