AZ

Paytaxtda vətəndaşı hədələyərək mobil telefonunu ələ keçirən şəxs saxlanılıb

Nərimanov rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək 3 min 150 manat dəyərində olan mobil telefonunu ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı S. Hüseynli tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xəzər rayonunda isə iki nəfər evlərindən 3 min manat dəyərində şəxsi əşyalarının və kompüterin talanması barədə polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 38 yaşlı V.Quliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Seçilən
9
7
sia.az

9Mənbələr