RU

Azərbaycan Kubokunun püşkü atıldı

Bu gün “Holiday INN” otelində futbol üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi təşkil edilib.

Arena.az xəbər verir ki, ardıcıl üçüncü mövsüm 34 komandanın iştirak edəcəyi yarışın ilk təsnifat mərhələsində İkinci Liqa komandaları mübarizə aparacaqlar.

Püşkatma zamanı klublar ötən mövsümkü reytinqlərinə əsasən, 4 səbətə bölünüblər. 1/4 final mərhələsindən sonra komandalar ev və səfər prinsipi əsasında mübarizə aparacaqlar.

Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün püşkünün nəticələri belə olub:

Birinci təsnifat mərhələsi

Göygöl – Şəmkir
Şəki – Araz Saatlı
Qaradağ Lökbatan – Ağdaş
Dinamo – Kür-Araz
Ağstafa Gəncləri – Şirvan
Quba – Xankəndi

İkinci təsnifat mərhələsi

Səbail – Şamaxı
Göygöl/Şəmkir cütünün qalibi – Baku Sportinq
Karvan – Şəki/Araz Saatlı cütünün qalibi
Qaradağ Lökbatan/Ağdaş” cütünün qalibi – İmişli
Qəbələ – Mingəçevir
Cəbrayıl – Şəfa
Şimal – Şahdağ Qusar
Dinamo/Kür-Araz cütünün qalibi – Turan Tovuz
Kəpəz – Ağstafa Gəncləri/Şirvan cütünün qalibi
Quba/Xankəndi cütünün qalibi – Difai
Zaqatala – Sumqayıt
Neftçi – MOİK

error: Məzmun qorunur!
Избранный
31
2
arena.az

10Источники