AZ

İlham Əliyev “Qarabağ”ı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çempionlar Liqasının əsas mərhələsində “Benfika” üzərində qələbəsi münasibətilə “Qarabağ”ı təbrik edib.

Arena.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi “X” hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

“Qitənin ən nüfuzlu klub turnirində – UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. “Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir. Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur. Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm”, – deyə İlham Əliyev vurğulayıb.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1-ci turu çərçivəsində Portuqaliyada baş tutmuş “Benfika” – “Qarabağ” matçı qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisi 0:2 hesabıyla geri düşdüyü matçdan əzmkar qələbə ilə ayrılmağı bacarıb.

error: Məzmun qorunur!
Seçilən
11
20
arena.az

10Mənbələr