RU

İsrailli diplomat “Qarabağ”ı təbrik etdi

İsrailin Azərbaycandakı səfirinin müavini Aviv Zel UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyanın "Benfika" komandasına qarşı tarixi qələbə münasibətilə "Qarabağ"ı təbrik edib.
ONN media xəbər verir ki, bu barədə diplomat X hesabında paylaşım edib.
"Qarabağ"ı "Benfika" üzərində 3:2 hesablı möhtəşəm qələbə münasibətilə təbrik edirəm! Azərbaycan futbolu üçün Çempionlar Liqasında ilk tarixi qələbəni israilli dostlarınız təbrik edir", - o yazıb.
Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin I turunda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşan "Qarabağ" 0:2 hesabı ilə geridə olduğu matçda 3 qol vuraraq qələbə qazanıb.
Избранный
19
4
onn.az

5Источники