İsrailin Azərbaycandakı səfirinin müavini Aviv Zel UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda Portuqaliyanın "Benfika" komandasına qarşı tarixi qələbə münasibətilə "Qarabağ"ı təbrik edib.


Rekord.az xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.   


"Qarabağ"ı "Benfika" üzərində 3:2 hesablı möhtəşəm qələbə münasibətilə təbrik edirəm! Azərbaycan futbolu üçün Çempionlar Liqasında ilk tarixi qələbəni israilli dostlarınız təbrik edir", - o yazıb.


Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin 1-ci turunda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşan "Qarabağ" 0:2 hesabı ilə geridə olduğu matçda 3 qol vuraraq qələbə qazanıb.