İsrailin Azərbaycandakı səfirinin müavini Aviv Zel UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyanın "Benfika" komandasına qarşı tarixi qələbə münasibətilə "Qarabağ"ı təbrik edib. Metbuat.az xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Qarabağ"ı "Benfika" üzərində 3:2 hesablı möhtəşəm qələbə münasibətilə təbrik edirəm! Azərbaycan futbolu üçün Çempionlar Liqasında ilk tarixi qələbəni israilli dostlarınız təbrik edir", - deyə A. Zel yazıb.Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə üstələyib