RU

Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir?

Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinin strateji aspektlərinə qarşı çıxış edir.

Azərbaycan-Böyük Britaniya əlaqələrinə dair bir neçə tezisimi təqdim edirəm:

- Böyük Britaniyanın Cənubi Qafqazda Azərbaycanla uyğunlaşan maraqları xeyli əvvəldən aydın idi.

Azərbaycan-Britaniya əməkdaşlığı bölgədəki geosiyasi mənzərənin dəyişdirilməsi məsələsində bəlkə də dünyanı təəccübləndirəcək məsələləri prioritetləşdirir. Yəni, Bakı-London əlaqələri ikitərəfli siyasi, diplomatik, iqtisadi-ticari münasibətlərin inkişafından da o yana keçən strateji yanaşmaları önə çəkir.

- Böyük Britaniya Azərbaycan-Türkiyə strateji müəttəfiqliyi və bundan irəli gələn bütün vəzifələrin icrasına müqavimət göstərən güc kimi çıxış etmir. Üstəlik Britaniya üçün Azərbaycan-Türkiyə-Pakistan üçbucağındakı hərbi əməkdaşlıq da xüsusi önəm daşıyır. Bu, Britaniyanın güc proyeksiyasını Avropadan Asiyaya yönləndirməsi üçün münbit şərait yaradır.

- Britaniyanın yanaşmaları, Azərbaycanla Türkiyəyə regionda geosiyasi vitrini dəyişmək istəyən qüvvələrə, o cümlədən Rusiya, Fransa, Hindistan, İrana qarşı manevr imkanlarını genişləndirmək fürsətini tanıyır.

- Bütün bunlar o deməkdir ki, Böyük Britaniyanın Azərbaycanla xüsusi münasibətləri fərqli cari vəziyyətdəkindən də çox fərqli görünəcək. Bu, Rusiya-Ukrayna müharibəsi fonunda region üçün xüsusi əhəmiyyət daşıyan model kimi başa düşülə bilər.

- Bu fərqli məqamlar Bakı-London əlaqələrindəki eksklüziv yanaşmaları yeni dünya nizamına uyğunlaşdıran strategiya kimi izlənilir.

Rusiya ehtimal ki, məsələ ilə bağlı müəyyən kəşfiyyat siqnalları alıb və regionda Bakı-London əməkdaşlığının konturlarına qarşı informasiya əməliyyatlarını gücləndirir. Bu, Azərbaycanla Britaniya arasında veriləcək ikitərəfli strateji qərarlara qarşı Rusiyanın reaksiyasını göstərir.

STM əməkdaşı Aqşin Kərimov,

Sitat.info 

 

Избранный
31
2
sitat.info

3Источники