AZ

Rusiya Bakı-London əməkdaşlığına qarşı çıxır- ÖZƏL

"Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinin strateji aspektlərinə qarşı çıxış edir". "Olaylar" xəbər verir ki, bunu STM-in əməkdaşı Aqşin Kərimov deyib: "Böyük Britaniyanın Cənubi Qafqazda Azərbaycanla uyğunlaşan maraqları xeyli əvvəldən aydın idi. Azərbaycan-Britaniya əməkdaşlığı bölgədəki geosiyasi mənzərənin dəyişdirilməsi məsələsində bəlkə də dünyanı təəccübləndirəcək məsələləri prioritetləşdirir. Yəni, Bakı-London əlaqələri ikitərəfli siyasi, diplomatik, iqtisadi-ticari münasibətlərin inkişafından da o yana keçən strateji yanaşmaları önə çəkir. 
Böyük Britaniya Azərbaycan-Türkiyə strateji müəttəfiqliyi və bundan irəli gələn bütün vəzifələrin icrasına müqavimət göstərən güc kimi çıxış etmir. Üstəlik Britaniya üçün Azərbaycan-Türkiyə-Pakistan üçbucağındakı hərbi əməkdaşlıq da xüsusi önəm daşıyır. Bu, Britaniyanın güc proyeksiyasını Avropadan Asiyaya yönləndirməsi üçün münbit şərait yaradır.  Britaniyanın yanaşmaları, Azərbaycanla Türkiyəyə regionda geosiyasi vitrini dəyişmək istəyən qüvvələrə, o cümlədən Rusiya, Fransa, Hindistan, İrana qarşı manevr imkanlarını genişləndirmək fürsətini tanıyır.
 Bütün bunlar o deməkdir ki, Böyük Britaniyanın Azərbaycanla xüsusi münasibətləri fərqli cari vəziyyətdəkindən də çox fərqli görünəcək. Bu, Rusiya-Ukrayna müharibəsi fonunda region üçün xüsusi əhəmiyyət daşıyan model kimi başa düşülə bilər. Bu fərqli məqamlar Bakı-London əlaqələrindəki eksklüziv yanaşmaları yeni dünya nizamına uyğunlaşdıran strategiya kimi izlənilir. 
Rusiya ehtimal ki, məsələ ilə bağlı müəyyən kəşfiyyat siqnalları alıb və regionda Bakı-London əməkdaşlığının konturlarına qarşı informasiya əməliyyatlarını gücləndirir. Bu, Azərbaycanla Britaniya arasında veriləcək ikitərəfli strateji qərarlara qarşı Rusiyanın reaksiyasını göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
2
olaylar.az

3Mənbələr