RU

Vəkilin xidməti vəsiqəsinin hüquqi əsası yaradılır

Bakı. Trend:

Qanunvericilikdə vəkilin xidməti vəsiqəsinin hüquqi əsasıyaradılır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillərvə vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vəkil andı içmiş vəkillərə xidməti vəsiqəveriləcək. Xidməti vəsiqənin forması, verilməsi qaydası vəetibarlılıq müddəti Vəkillər Kollegiyasının Rəyasət Heyətitərəfindən müəyyən ediləcək. Vəkilin xidməti vəsiqəsi onun VəkillərKollegiyasına üzvlüyünü təsdiq edəcək. Xidməti vəsiqə VəkillərKollegiyasının Rəyasət Heyətinin aparatı tərəfindənhazırlanacaq.

Vəkil fəaliyyəti dövründə xidməti vəsiqədən istifadə edəcək.Xidməti vəsiqədə göstərilən məlumatlar dəyişdikdə, məlumatlarınsəhv olduğu müəyyənləşdirildikdə, xidməti vəsiqə itirildikdə,yararsız hala düşdükdə, habelə xidməti vəsiqənin etibarlılıqmüddəti qurtardıqda ona yeni xidməti vəsiqə veriləcək.

Vəkilin fəaliyyəti dayandırıldıqda və ya onun fəaliyyətinə xitamverildikdə xidməti vəsiqə Vəkillər Kollegiyası Rəyasət Heyətininaparatına qaytarılacaq.

Vəkilin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunduğugündən dayandırma müddəti bitənədək o, vəsiqəsindən xidmətiistifadə etmək hüququnu itirəcək. Vəkilin fəaliyyətinə xitamverilməsi barədə qərar qüvvəyə mindiyi gündən etibarən xidmətivəsiqə öz qüvvəsini itirəcək.

Избранный
19
17
az.trend.az

10Источники