AZ

Vəkillərə xidməti vəsiqə veriləcək

Vəkil andı içmiş vəkillərə xidməti vəsiqə veriləcək.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, xidməti vəsiqənin forması, verilməsi qaydası və etibarlılıq müddəti Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən ediləcək. Vəkilin xidməti vəsiqəsi onun Vəkillər Kollegiyasına üzvlüyünü təsdiq edəcək. Xidməti vəsiqə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparatı tərəfindən hazırlanacaq.

Vəkil fəaliyyəti dövründə xidməti vəsiqədən istifadə edəcək. Xidməti vəsiqədə göstərilən məlumatlar dəyişdikdə, məlumatların səhv olduğu müəyyənləşdirildikdə, xidməti vəsiqə itirildikdə, yararsız hala düşdükdə, habelə xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda ona yeni xidməti vəsiqə veriləcək.

Vəkilin fəaliyyəti dayandırıldıqda və ya onun fəaliyyətinə xitam verildikdə xidməti vəsiqə Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatına qaytarılacaq.

Vəkilin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunduğu gündən dayandırma müddəti bitənədək o, xidməti vəsiqəsindən istifadə etmək hüququnu itirəcək. Vəkilin fəaliyyətinə xitam verilməsi barədə qərar qüvvəyə mindiyi gündən etibarən xidməti vəsiqə öz qüvvəsini itirəcək.

Seçilən
30
17
konkret.az

10Mənbələr