RU

“Dövlət xidmətləri haqqında” yeni qanun qəbul ediləcək

Bakı. Trend:

“Dövlət xidmətləri haqqında” yeni qanun qəbul ediləcək.

Trend-inməlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin bugünkü iclasında yeni “Dövlət xidmətləri haqqında”qanun layihəsi müzakirə olunub.

Bildirilib ki, “Dövlət xidmətləri haqqında” qanun layihəsiqanunvericilik təşəbbüsü qaydasında Azərbaycan RespublikasıPrezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdimedilib.

Təqdim olunan qanun layihəsi dövlət xidmətləri sahəsindəfaəliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənedəcək, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsindəmünasibətləri tənzimləyəcək.

Layihədə dövlət xidmətinə, dövlət xidmətinin göstərilmə yerinə,vahid xidmət mərkəzinə, dövlət xidmətinin dizaynı ilə bağlıqanunvericiliyə anlayışlar gətirilib. Bununla yanaşı, layihədəxidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri dəkonkret olaraq müəyyən edilib.

Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərininazaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisnaolmaqla dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyatakeçirilməsi üçün qanun layihəsinə növbəlilik prinsipigətirilib.

Layihənin qəbul olunması ilə dövlət xidmətininformalaşdırılmasına dair tələblər müəyyən olunacaq. Layihəyə əsasəndövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxiledildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək. Qanunqəbul edilərsə, bu müddəa 2025-ci il noyabrın 1-dən qüvvəyəminəcək.

Təklif olunan layihədə dövlət xidmətinin göstərilməsi nəticəsielektron sənəd yaxud kağız daşıyıcıda inzibati akt,hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativelektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyiqeyd edilir.

Layihədə öz əksini tapan vacib bir məqamda ondan ibarətdir ki,dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən ediləcək.“ASAN xidmət indeks” qiymətləndirilməsi mexanizmi daha datəkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonra dövlətxidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.

20 maddədən ibarət olacaq yeni qanun dərc edildiyi gündənqüvvəyə minəcək.

Избранный
57
7
az.trend.az

10Источники