AZ

Azərbaycanda dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən ediləcək  

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 16-da keçirilən iclasında “Dövlət xidmətləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, təqdim olunan qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyir.

Layihədə dövlət xidmətinə, dövlət xidmətinin göstərilmə yerinə, vahid xidmət mərkəzinə, dövlət xidmətinin dizaynı ilə bağlı qanunvericiliyə anlayışlar gətirilib.

Layihənin qəbul olunması ilə dövlət xidmətinin formalaşdırılmasına dair tələblər müəyyən olunacaq. Layihəyə əsasən dövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək.

Təklif olunan layihədə dövlət xidmətinin göstərilməsi nəticəsi elektron sənəd, yaxud kağız daşıyıcıda inzibati akt, hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativ elektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyi qeyd edilir.

Layihədə öz əksini tapan vacib bir məqam da ondan ibarətdir ki, dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən edilir. “ASAN xidmət indeks” qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək qiymətləndirmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Seçilən
12
8
azerbaijan-news.az

10Mənbələr